Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici İşlər Nazirliyində Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüş keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülərlə görüşən nazir gənclərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov dövlətimizin başçısının yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könül­lülük fəaliyyətinin geniş yayıldığını bildirib və könüllülərin öz xeyirxah əməlləri ilə cəmiyyətimizin inkişafı­na töhfə verdiklərini qeyd edib. Nazir Azərbaycanda könüllülər hərəkatının bir hissəsi olan “Diplomatiya könüllüləri” qrupunun yeni yaranmasına baxmaya­raq, öz fəallıqları ilə seçildiyini söyləyib.

Ceyhun Bayramov Azərbaycan könüllülərinin pandemiya dövründə fəaliyyətinə diqqəti cəlb edərək, cəmiyyətin ehtiyacı olan təbəqəsinə yardım göstərilməsində könüllülərimizin dəyərli töhfəsini vurğulayıb.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsi dövründə torpaq­larımızın düşmən işğalından azad olun­ması uğrunda döyüşlərə könüllü şəkildə qoşulan gənclərimizin, habelə bu dövr ərzində informasiya müharibəsində iştirak edən yüz minlərlə könüllünün fəaliyyəti nazir Ceyhun Bayramov tərəfindən qürurla və minnətdarlıqla səsləndirilib. Nazir 44 günlük müharibə nəticəsində Azərbaycanın əldə etdiyi hərbi Qələbəsi ilə yanaşı, siyasi müstəvidə qazandığı uğurları, habelə müharibə sonrası regional vəziyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra nazir diplomatiya könüllülərinin suallarını cavablandırıb.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçısı, məzun diplomatiya könül­lüsü Sonverdiyev Rahib Sahib oğluna Xarici İşlər Nazirliyi adından simvolik hədiyyə və il ərzində fəaliyyətlərinə görə fərqlənən diplomatiya könüllülərinə təşəkkürnamələr təqdim edilib.

7 Dekabr 2021 05:19 - SİYASƏT
SİYASƏT
23 Yanvar 2022 | 08:25
Yaponiya səfiri Lerikdə

Köhnə versiyamızdan xəbərləri izlə