Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Kobitski: MDB PA ilə Milli Məclis arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur

 

Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri ölkəmizin beynəlxalq qurum­larla, o cümlədən MDB PA ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, Milli Məclisin deputatla­rının beynəlxalq tədbirlərdə fəal iştirak etdiyi­ni, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirdiklərini diqqətə çatdırıb.

Vətən müharibəsində torpaqlarımı­zın işğaldan azad olunmasından və həmin ərazilərdə törədilmiş dağıntılardan söz açan Sahibə Qafarova bildirib ki, biz bu gün sülhdən, gələcək inkişafdan danışmaq istəyirik. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına birmənalı şəkildə əməl olunması region dövlətlərinin ümumi mənafelərinə xidmət edir. Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.

Söhbət zamanı parlamentin sədri MDB PA-nın Demokratiyanın, parlamentarizmin inki­şafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ-nin) fəaliyyətini və institutun Bakı filialının gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edilib ki, institutun Bakı filialı MDB məkanında seçki, referendum kimi siyasi prosesləri yaxın­dan izləyir, onların monitorinqində iştirak edir, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə layiqli töhfəsini verir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin dərinləşməsinə önəm verdiyini deyib. Qeyd edi­lib ki, Azərbaycan nümayəndə heyətinin MDB PA-nın tədbirlərində fəal iştirakı, azərbaycanlı deputatların model qanun yaradıcılığına verdikləri töhfə MDB PA ilə Milli Məclis arasın­da mövcud olan yüksək səviyyəli əməkdaşlığı göstərir.

Dmitri Kobitski ölkəmizə səfər çərçivəsində MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbət etdiklərini, görülən işlərlə maraqlandıqla­rını diqqətə çatdırıb. Qeyd edib ki, institu­tun mərkəzi ofisi ilə Bakı filialı arasında sıx əməkdaşlıq yaranıb.

MDB PA-nın DİMBİ-nin direktoru İvan Muş­ket başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.

Görüşdə Rusiya Federasiyası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB PA Şurasının Baş katibinin müavini - Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

7 Dekabr 2021 05:18 -
23 Yanvar 2022 | 08:35
Rusiyada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə