Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 379 Bakı şəhəri, 1 dekabr 2021-ci il

 

“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaş­dırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağd­sız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbə-lərarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayon-lararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanaca­ğına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaş-dırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonla­rarası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşı­malarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Azərbaycan Respubli­kasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydaya uyğun subsidiya ödənilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təmin etsin;

2.3. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.4. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Mux­tar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərarla müəyyən edilmiş müddəalar əsasında Naxçıvan Muxtar Respub­likasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görsün.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə