Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan real ÜDM artımına görə liderlər sırasındadır

Azərbaycanın pandemiya şəraitində iqtisadi sahədə əldə etdiyi uğurlar dünyanın bir çox beynəlxalq maliyyə və rey­tinq təşkilatları tərəfindən yüksək dəyərləndirilib. Növbəti belə təhlil və yüksək qiymət Mərkəzi Asiya Regi­onal İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) tərəfindən açıqlanıb. Həmin institutun hesabatında Azərbaycan COVID-19-dan sonra ən yüksək bərpa prosesi keçən ölkələrdən biri kimi xarakterizə edilib.

CAREC-in rüblük iqtisadi monitorinqində 11 ölkə üzrə araşdırma aparılaraq, ümumi daxili məhsul isteh­salı, fiskal və pul siyasəti kimi amillər nəzərə alınaraq ən son iqtisadi inkişaf komponentləri təhlil edilib və COVID-19 pandemiyasından bərpa prosesinin göstəriciləri təqdim olunub.

Monitorinqdə bildirilir ki, ötən iki il ərzində Azərbaycan, Çin və Özbəkistan ən yüksək real ÜDM-ə çatan ölkələr sırasındadır. Bu göstəricilər CAREC re­gionu ölkələri üçün dəyişkən olmasına baxmayaraq, qeyd olunan 3 ölkədə cari ilin birinci və ikinci rübündə müvafiq şəkildə mövsümi dəyişikliklər edilərək rüblük müsbət artım reallaşdırılıb. İqtisadi bərpa prosesi, əsasən, kənd təsərrüfatı, emal sənayesi və xidmət sektorlarında daha sürətli olub.

Hesabatda başqa bir fakt da açıqlanıb: son 4 ilin ən yüksək real ÜDM artımı 2021-ci ilin ikinci rübündə Azərbaycan, Çin, Gürcüstan, Qazaxıs­tan və Qırğızıstanda əldə edilib.

7 Dekabr 2021 05:17 -
23 Yanvar 2022 | 08:35
Rusiyada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə