Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb

 

 İpoteka və Kredit Zəmanət Fondu 2021-ci ildə də qarşısına qoyulmuş məqsədlərə müvafiq olaraq əhalinin mənzil təminatı sahəsində dövlətin həyata keçirdiyi sosial siyasət çərçivəsində ipoteka kreditlərinin maliyyələşdirilməsini davam etdirib.

Fonddan verilən məlumata görə, cari ilin 11 ayında fondun vəsaiti hesabına 325,0 milyon manat məbləğində 4880-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilmişdir. Bu, fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. 2020-ci ilin analoji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 44 faiz faiz artım müşahidə olunub. İlin sonunadək qeyd olunan göstəricinin bir qədər də artması gözlənilir.

Ümumilikdə, bugünədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümu­mi məbləği 1 milyard 969 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaş­dırmış ailələrin sayı isə 36 mini ötüb.

Verilmiş kreditlərin təxminən 34 faizi (642 milyon manat) güzəştli kateqoriya­lara aid şəxslərə, 69 faizi isə gənclərə və gənc ailələrə verilib. Regionlarda verilən kreditlərin payı 22 faiz təşkil edib.

Cari ildə güzəştli ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikası­nın Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də davam etdirilib və 2021-ci ildə 1063 güzəştli mənzilin alınması üçün 44,6 milyon manat məbləğində güzəştli ipoteka krediti ve­rilib. Ümumilikdə 2018-ci ildən etibarən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 2725 şəxsə 118,1 milyon manat həcmində güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat məbləğində adi ipoteka krediti verilib.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət dəstəyi hesabına ipoteka kreditlərinin, eləcə də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələbin formalaşmasına səbəb olub. Belə ki, təkcə 2021-ci ilin 11 ayı ərzində ipoteka kreditləri üzrə ödənişqabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinə formalaşmış tələbin qarşı­lanması məqsədilə Fond tərəfindən müvafiq resurs­lar çərçivəsində mümkün tədbirlər həyata keçirilir.

Əlavə olaraq qeyd etmək istəyirik ki, ipoteka kreditlərinin həcmində müşahidə olunan əhəmiyyətli artım Fondun mövcud kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.

“Xalq qəzeti”

7 Dekabr 2021 05:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə