Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səbail rayonunda oğurluq edən şəxs tutulub

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə Bakı şəhər sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

6 Dekabr 2021 16:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə