Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RİNN əməkdaşları peşə bayramı münasibətilə Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli müvafiq Sərəncamı ilə dekabrın 6-sı ölkədə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür.

Peşə bayramı günü münasibətilə Nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

"Xalq qəzeti"

6 Dekabr 2021 15:54 - TEXNİKA
TEXNİKA
25 Yanvar 2022 | 06:20
PUA ixracı üzrə saziş

Köhnə versiyamızdan xəbərləri izlə