Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amnistiya aktının icrası ilə bağlı Baş Prokurorluqda brifinq keçirilir

İndiyədək 3448 kişi və 228 qadın məhkuma amnistiya aktı tətbiq edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında noyabrın 5-də Milli Məclis tərəfindən qəbul olunan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı son dərəcə humanist bir addımdır. Amnistiya elan edilməsi haqqında qərarı Zəfərin mərhəmət təntənəsi də adlandırmaq olar.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə amnistiya aktının icra vəziyyəti ilə bağlı dekabrın 6-da Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev amnistiya aktının icrası ilə bağlı məlumat verərək deyib ki, bu mühüm qərar qəbul edildikdən sonra onun icrası aidiyyəti qurumlara tapşırılıb. Amnistiya aktına əsasən, cəzaçəkmə müəssisələrdə probasiya orqanları bu barədə qərarları prokurorlarla razılaşdırmalıdırlar. Məhkəmədə isə amnistiya aktı tətbiq edilərkən prokurorun iştirakı nəzərdə tutulmur və məhkəmə bu barədə qərarı müstəqil şəkildə qəbul edir.

E.Musayev bildirib ki, amnistiya aktı indiyədək 3448 kişi və 228 qadın məhkuma tətbiq edilib. Son bir ayda prokurorluq orqanları tərəfindən 53 şəxsə amnistiya aktı tətbiq edilib. İndiyədək amnistiya aktının icrası ən çox Bakı şəhərində həyata keçirilib. Aktın icra vəziyyəti Bakı şəhəri üzrə 58 faiz təşkil edir. Amnistiya aktını ən çox tətbiq edən müəssisə isə Bakı Şəhər Probasiya İdarəsidir.

6 Dekabr 2021 15:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə