Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son həftə ərzində respublikada yolların təmir və tikintisi ilə bağlı görülən işlər açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci ilin noyabrın 29-dan dekabrın 5-dək olan müddətdə yerinə yetirilmiş işlər barədə məlumat acıqlanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir, paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib və Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb.

Həmçinin Bakı şəhərinin Nərimanov rayonu ərazisində Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində isə Sabunçu rayonunda ümumi uzunluğu 9 kilometr olan qəsəbədaxili küçə və yolda təmir işləri aparılıb.

6 Dekabr 2021 14:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
24 Yanvar 2022 | 09:53
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:27
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:00
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə