Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azexport" Türkiyə platforması ilə əməkdaşlıq edəcək

Azərbaycanın Azexport.az portalı Türkiyənin “Tradeatlas” (tradeatlas.com) platforması ilə əməkdaşlığa başlayır.

“Xalq qəzeti" xəbər verir ki, tərəflər arasında “Tradeatlas” platformasından istifadəyə xüsusi endirim tətbiq olunmasına, həmçinin bir sıra istiqamətlər üzrə seminarların təşkilinə dair razılıq əldə olunub.

Seminarlar əsasən e-ticarət platformasının yaradılmasını, ixrac olunacaq ölkədə HS kodundan (gömrük kodu) istifadə etməklə müştərilərin tapılmasını, rəqəmsal marketinqin təşkili qaydalarını, datadan səmərəli istifadə və ixrac təkliflərinin hazırlanması kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, “Tradeatlas” dünyanın 150-dən çox ölkəsindən olmaqla 1,7 mlrd. gömrük bəyannaməsinə əsaslanan data arasında axtarış etmək imkanı təqdim edir. Bu imkanla maraqlı olan məhsulun hansı ölkədə, hansı şirkət tərəfindən daha çox idxal olunduğunu müəyyən etmək mümkündür.

“Tradeatlas” platformasında HS kodu, ixracatçı, idxalçı, məhsul, brend adı kimi parametrlər üzrə axtarış etmək olar.

6 Dekabr 2021 18:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Yanvar 2022 | 09:27
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:00
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə