Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamın Quzanlı qəsəbəsində ərzaq mağazasında istehlaka yararsız məhsullar aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində fiziki şəxs Baxşəliyev Zabil Cavanşir oğluna məxsus ərzaq məhsullarının satışı mağazasında yoxlama keçirilib.

Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Mağazada istifadə müddəti bitmiş istehlak üçün yararsız ət, süd və qənnadı məhsullarının satıldığı, temperatur rejiminə əməl edilmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

6 Dekabr 2021 12:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə