Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə şəhərində dələduzluq və oğurluq edən şəxs məsuliyyətə cəlb olunub

Gəncə şəhəri ərazisində dələduzluq və oğurluq hadisələri törədən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, aparılan araşdırmalarla Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmovun bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evdən su mühərrikini oğurlaması məlum olub.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilən şəxs ifadəsində törətdiyi cinayət hadisələrini etiraf edib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

6 Dekabr 2021 12:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə