Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Noyabrda Dövlət Miqrasiya Xidmətinin 919 – Çağrı Mərkəzinə 7 mindən çox zəng daxil olub

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə bu ilin noyabr ayı ərzində 7540 zəng daxil olub.

DMX-dən verilən məlumata görə, onlardan 6902-si Azərbaycan, 563-ü rus, 75-i isə ingilis dillərində cavablandırılıb.

Qəbul edilən zənglərin 2950-si müvəqqəti yaşama icazəsi, 1520-si müvəqqəti olma müddətinin uzadılması, 426-sı daimi yaşama icazəsi, 407-si iş icazəsi, 422-si vətəndaşlıq məsələləri, 370-i olduğu yer üzrə qeydiyyat, 1445-i isə digər məsələlərlə bağlı olub.

6 Dekabr 2021 12:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə