Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amnistiya aktının icrası ilə bağlı Baş Prokurorluqda brifinq keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında noyabrın 5-də Milli Məclis tərəfindən qəbul olunan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icrasına dair dekabrın 6-da Baş Prokurorluqda brifinq keçiriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, saat 14:30-da başlayacaq brifinq Baş Prokurorluğun instaqram və feysbuk səhifələrindən canlı nümayiş etdiriləcək.

"Xalq qəzeti"

6 Dekabr 2021 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə