Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM: 55 nəfər SAT imtahanı verib

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, imtahanda 55 nəfər iştirak edib.

Növbəti SAT imtahanının 2022-ci il martın 12-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

6 Dekabr 2021 11:05 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə