Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda məzarların ətrafındakı dəmir məhəccərləri oğurlayan şəxslər saxlanılıb

Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

6 Dekabr 2021 09:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə