Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fumio Kişidanın ABŞ-a səfəri təxirə salına bilər

 

 

  • Kiodo agentliyinin yaydığı məlumata görə, Yaponiyanın Baş naziri Fumio Kişidanın ABŞ-a planlaşdırılan rəsmi səfəri təxirə salına bilər.

 

Bildirilir ki, korona­virusun hazırda bütün dünyada sürətlə yayılan “Omicron” ştammına görə, hökumət başçısı səfər planını dəyişmək niyyətindədir. Bununla yanaşı, onun hazırda ölkə daxili məsələlərə böyük diqqət yetirdiyi və xüsusən də qarşı­dakı maliyyə ili üçün dövlət büdcəsinin for­malaşması ilə məşğul olduğu açıqlanıb.

Qeyd edək ki, bəzi ölkə KİV-i isə Baş nazirin dekabrda ABŞ-a rəsmi səfərə hazırlaşdığını və Prezident Co Baydenlə görüşmək niyyətində olduğunu yazır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 Dekabr 2021 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Yanvar 2022 | 01:09
Referendumun vaxtı açıqlanıb
20 Yanvar 2022 | 00:10
Prezident koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə