Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şavkat Mirziyoyev: Əfqanıstan iqtidarı ilə dialoq vacibdir

 

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, regionda sabitlik və tərəqqinin bərqərar olunması üçün hazırkı Əfqanıstan hökuməti ilə hərtərəfli əlaqələrin gücləndirilməsinə zərurət yaranıb. Bu barədə “Anadolu” Daşkənddəki mənbələrə istinadən agentliyi məlumat yayıb.

Özbəkisitanın dövlət başçısı bugünlərdə jurnalsistlərə müsahibəsində qeyd edib ki, Əfqanıstan hazırda öz tarixinin olduqca çətin dönəmini ya­şayır. Əfqanıstanda mövcud kəskin iqtisadi və sosial problemləri həll etmək üçün ölkədə ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi vacibdir.

Belə bir taleyüklü məqamda rəsmi Kabilə qarşı super güclərin və region dövlətlərinin təcrid siyasəti bu ölkədə vəziyyəti daha da ağırlaşdıra bilər. Bu da öz növbəsində əks-təsir effekti yaradıb, Əfqanıstanı region dövlətləri və xalqları üçün təhdid mənbəyinə çevirə bilər.

Şavkat Mirziyoyev hesab edir ki, heç bir halda Əfqanıstanda vəziyyətin pisləşməsinə, ölkənin humanitar fəlakətə yuvarlanmasına yol vermək ollmaz. Bu halda ölkədən qaçqın axınını daha da arta bilər.

Əfqanıstan Avrasiya məkanından Cənuba, Şərqi Asiyadan Qərbə aparan əsas tranzit yollarının qovuşduğu coğrafi məkandır. Özbəkistan lideri əmindir ki, regionda iri nəqliyyat və digər perspek­tivli infrastruktur layihələrinin həyata keçirilməsi bölgə xalqlarına sabitlik və rifah gətirə bilər.

M.HACIXANLI, “Xalq qəzeti”

4 Dekabr 2021 23:59 -

Köhnə versiyamızdan xəbərləri izlə