Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Rusiya lideri ilə “uzun söhbət” aparacaq

 

 

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə “uzun söhbət” aparacağına ümid edir. Bu barədə “Bloomberq”ə istinadən TASS məlumat verib.

Bayden Rusiya-Ukrayna sərhədində baş verənlərə to­xunaraq bildirib: “Biz Rusiya­nın fəaliyyəti haqqında bilirik. Ona görə də hesab edirəm ki, Putinlə söhbətimiz uzun çəkəcək”.

ABŞ Prezidenti rusiyalı həmkarı ilə görüş ərəfəsində bəyan edib ki, Ukraynadakı vəziyyətlə bağlı heç kimin “qırmızı xəttini” tanımır. Bu­nunla da Bayden Moskvanın Ukraynada müxtəlif silahla­rın, o cümlədən hipersəsli silahların yerləşdirilməsini və NATO strukturlarının Rusiya sərhədlərinə yaxınlaşmasını özünün “qırmızı xətti” hesab etməsinə cavab verib: “Mən heç kimin qırmızı xəttini tanı­mıram”.

ABŞ-ın dövlət başçısı deyib ki, Vaşinqton Donbasda geniş miqyaslı münaqişənin başlanması təhlükəsini nəzərə alaraq, “Rusiyanın Ukraynaya müdaxiləsi”ni çətinləşdirmək üçün kompleks təşəbbüslər hazırla­yır.

Qeyd edək ki, dekab­rın 1-də Rusiya Prezidenti Vladimir Putin Şimali Atlantika alyansına çağırış etmişdi ki, Rusiya sərhədlərinə doğru genişlənmə olmayacağına təminat versin. Putin noyabrın 18-də RF XİN-də keçirdiyi kollegiya iclasında da bəyan etmişdi ki, Rusiya sülhsevər dövlətdir və “postsovet məkanında mehriban qonşu­luq və tərəfdaşlıq atmosferi” yaratmaq istəyir. Bununla belə, o, əmin olduğunu demiş­di ki, NATO, əksinə, Moskva ilə qarşıdurmaya can atır.

RF XİN-in rəsmi nümayəndəsi Mariya Za­xarova da qeyd etmişdi ki, Ukraynanın NATO-ya üzv­lüyü məsələsi Moskva üçün “qırmızı xətt” təşkil edir və bu ölkəni Rusiya ilə qarşıdurma meydanına çevirmək cəhdləri çox ciddi neqativ nəticələr verə bilər.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

4 Dekabr 2021 23:58 -

Köhnə versiyamızdan xəbərləri izlə