Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ modernləşdirilmiş B61 atom bombasının kütləvi istehsalı çərçivəsində ilk nümunəni hazırlayıb.

ABŞ modernləşdirilmiş B61 atom bombasının kütləvi istehsalına başlayacaq

 

 

ABŞ Enerji Departamenti Milli Nüvə Təhlükəsizliyi İdarəsinin yaydığı məlumatda bildirilir ki, bomba noyabrın 23-də istehsal olunub. B61-12 bombası ilə 1968-ci ildə istifadəyə verilmiş B61 sursatının dörd möv­cud modifikasiyasının azı üçünü əvəz etmək planlaşdırılır. Təkmilləşdirilmiş döyüş başlığı B61-3, B61-4 və B61-7 modifikasiyalarını əvəz edəcək. Modernləşdirmə nəticəsində bombanın xidmət müddəti azı 20 il artacaq.

B61-12-nin kütləvi istehsalına 2022-ci ilin may ayında başlanacaq. O, əvvəlki nəsil bombadan paraşütün olmaması və tətbiqin dəqiqliyini artıran inersial istiqamətləndirmə sistemi ilə təchiz olunmuş quyruq hissəsinin olması ilə fərqlənəcək.

“Xalq qəzeti”

4 Dekabr 2021 23:49 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə