Ən son xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, quruma üzv və tabe təşkilatlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.
“Yaşıl marafon” yaşıllaşdırma üçün nəzərdə tutulan 280 hektarlıq ərazinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən sahəsində həyata keçirilib. Həmkarlar ittifaqlarının 150-dən çox əməkdaşı 1 000 ədəd Eldar şamı və zeytun tingini torpağa basdırıb və suvarıb. Aksiyada AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.
Jurnalistlərə açıqlamasında AHİK sədri Səttar Möhbalıyev bildirib ki, bu kampaniya ölkəmizdə yaşıllıq sahələrinin ərazisini genişləndirəcək, flora biomüxtəlifliyini artıracq, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə böyük töhfə verəcək. Xoşməramlı ənənəni davam etdirərək həmkarlar ittifaqları bundan sonra da ağacəkmə kampaniyasında yaxından iştirak edəcək. AHİK “yaşıl terror”a məruz qalmış Türkiyədə keçirilən ağacəkmə kampaniyasına da qoşulacaq.
Xatırladaq ki, “Yaşıl marafon” layihəsi çərçivəsində bu mövsümdə ölkədə 1 milyona yaxın ağac əkiləcək.
R.TAHİR, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə