Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda 97 ton tütün yarpağı tədarük edilmişdir

 

 

Ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın Tovuz rayonunda uğurlu icrası kənd əhalisinin məşğulluğunu nəzərəçarpacaq dərəcədə yüksəltmişdir. Adıçəkilən Dövlət Proqramının icrası çərçivəsində “Tovuz Aqro Sənaye” MMC-də yaradılmış tütünqurutma məntəqəsi də ötən ildən fəaliyyətə başlamışdır.

Qeyd edək ki, cari ildə rayon ərazisində 100 hektardan çox sahədə tütün əkilmişdir. Tütünçülər bu il əvvəlki vaxtlar­dan daha məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortları becərmişlər. Nəticədə sahələrdə bol məhsul yetiş­dirilmiş və məhsul vaxtında dərilərək qurutma məntəqəsinə təhvil verilmişdir.

Artıq rayonda tütün tədarükü başa çatmışdır. 2021-ci ildə 97 ton tütün yarpağı tədarük edilmişdir ki, bu da ötən ildəkindən 26 faiz çoxdur. Mövsüm ərzində tütün sahələrində 250 nəfərdən çox işçi çalışmışdır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

5 Dekabr 2021 00:11 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Yanvar 2022 | 09:51
AMB-nin valyuta məzənnələri
19 Yanvar 2022 | 09:16
Neft bahalaşıb
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə