Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Sədrinin müavini: Azərbaycanın və Ukraynanın hakim partiyaları arasında imzalanan memorandum münasibətlərin inkişafına töhfə verəcək

 

 

Azərbaycanın və Ukraynanın hakim partiyaları arasında əməkdaşlıq memorandumunun imzalan­ması iki ölkə münasibətlərinin inkişafına töhfə verəcək. Bunu Ukraynada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müsahibəsində bildirib.

Tahir Budaqov qeyd edib ki, Azərbaycanla Ukrayna çoxillik dostluq münasibətlərinə malikdir, dövlətlərimiz bir-birinin ərazi bütövlüyünü daim dəstəkləyib.

“Azərbaycan-Ukrayna münasibətlərinin yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda isə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevin və Vladimir Zelenskinin münasibətləri hər iki ölkənin milli maraqlarına əsaslanır. Dövlətlər arasında əməkdaşlıq strateji tərəfdaşlıq prinsipləri çərçivəsində in­kişaf edir. Sözsüz ki, hakim Yeni Azərbaycan Partiyası ilə Ukraynanın “Xalqın Xidmətçisi” Partiyası arasında əlaqələrin qurulması ümumilikdə dövlətlərimiz, xalqlarımız ara­sında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”, – deyə YAP Sədrinin müavini əlavə edib.

Tahir Budaqov bildirib ki, imzalanan memorandum qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, təcrübə mübadiləsi, partiyaların gəncləri, diasporlar, vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafını, informa­siya mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

“Xalq qəzeti”

4 Dekabr 2021 23:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə