Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial reabilitasiya layihəsinə cəlb edilən uşaqların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə 6200 uşaq cəlb edilib.

Nazirlikdən verilən məlumata görə, layihə üzrə Bakının rayonları da daxil olmaqla 62 rayon və şəhərdə fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri ilə təmin edilir. Həmçinin bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır.

"Xalq qəzeti"

4 Dekabr 2021 18:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə