Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səbail rayonunda kafedən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Fərzəliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, onun barəsində aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin dekabrın 2-nə keçən gecə metronun Koroğlu stansiyasındakı bir aptekdən 300 manat məbləğində pul oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı təhqiqat davam edir.

4 Dekabr 2021 16:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə