Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı üç köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkarlanıb.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən tədbirlər davam etdirilir.

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi həyata keçirir.

4 Dekabr 2021 15:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə