Ən son xəbərlər
Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürüb.
"Xalq qəzeti" xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edirlər.
Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil edilib.
Turnir bir gün davam edəcək.
Köhnə versiyamızdan xəbərləri izlə