Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fərqliyik, bərabərik” inklüziv uşaq festivalı keçirilib

3 dekabr- Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə “Fərqliyik, bərabərik” inklüziv uşaq festivalı keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, “BP Azərbaycan” şirkətinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bədii hissəsində 1 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin, “Danceability” rəqs qrupunun, 11 saylı xüsusi təhsil məktəbinin, “Birgə və Sağlam” İctimai Birliyinin uşaqları proqramlarını təqdim ediblər.

Səhnə çıxışlarından sonra uşaqlar tematik pavilyonlarda əyləncəli inklüziv fəaliyyətlərə cəlb olunublar. Belə ki, İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, “Sevimli bala” Elm Mərkəzi, 1 və 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzləri, “Kinderland” uşaq əyləncə mərkəzi, “Mumla Candles” incəsənət mərkəzi, Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən pavilyonlarda uşaqların maraqlarına uyğun və dünyagörüşlərini genişləndirən müxtəlif fəaliyyətlər - teatr, stolüstü tennis, dulusçuluq və vitraj, rəssamlıq, kulinariya,eko dizayn, uşaq şəhərciyi, STEM və digər guşələr təqdim edib. Festival çərçivəsində həmçinin, əlilliyi olan və əlilliyi olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi də təşkil olunub.
Festival vasitəsilə inklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılması, eləcə də cəmiyyətin bərabərhüquqlu üzvləri olaraq əlilliyi olmayan həmyaşıdları ilə birgə bu cür fəaliyyətlərdə iştirakçılığının vacibliyi diqqətə çatıdırılıb.

Qeyd edək ki, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin daim diqqətdə saxladığı məsələlərdəndir.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, bərabərhüquqlu təhsil imkanlarının yaradılması Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətlərindən olduğundan, bu sahədə mütəmadi olaraq müxtəlif layihələr icra olunur.

4 Dekabr 2021 14:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə