Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda qəbiristanlıq gözətçisi bıçaqlanıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi, qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən xəbərə görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

4 Dekabr 2021 12:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə