Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahannda iştirak etmək istəyən namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği müəyyənləşib.

 "Xalq qəzeti" DİM-in saytına istinadən xəbər verir ki, İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahan 23 yanvar 2022-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

4 Dekabr 2021 10:38 - TƏHSİL
TƏHSİL
20 Yanvar 2022 | 00:20
BSU-da anım tədbiri

Köhnə versiyamızdan xəbərləri izlə