Ən son xəbərlər
Dünən Kanadanın Baş naziri Castin Trüdo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Liderlər Rusiya–Ukrayna sərhədindəki gərgin vəziyyəti müzakirə ediblər. Bu barədə UNİAN agentliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, Kanada hökumətinin başçısı Rusiyanın Ukrayna ilə sərhəd boyu böyük hərbi birləşmələr toplamasından narahatlığını dilə gətirib. O, ölkəsinin Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bildirib.
Kanada və Ukrayna liderləri telefon danışığı zamanı qlobal səviyyədə yeni koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Kanada lideri dost Ukraynaya bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Rusiya ilə Ukrayna arasında gərginlik kəskin artıb. Tərəflər bir-birini sərhəddə əlavə hərbi hissələr toplayaraq, vəziyyəti gərginləşdirməkdə günahlandırırlar.
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə