Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Norveç Rusiya ilə sərhəddə NATO-nun hərbi fəallığının artmasını istəmir

Norveçin Xarici İşlər naziri Anniken Vitfeld “VG” qəzetinə müsahibəsində bildirib ki, ölkənin yeni hökuməti Rusiya ilə sərhəddə NATO üzrə müttəfiqlərin fəallığının məhdudlaşdırılmasına çalışır. Məlumatı “İzvestiya.ru” verib.

Nazirin sözlərinə görə, alyansın ölkəyə yaxın rayon­larda hərbi mövcudluğunun Oslo üçün böyük əhəmiyyət kəsb etməsinə baxmaya­raq, Norveçin hakimiyyət orqanları belə hesab edir ki, qonşu ölkələr Rusiya sərhədlərinin birbaşa yaxınlı­ğında özlərini müdafiə etsələr yaxşıdır.

Bu zaman Norveçin təyyarə və gəmilərinin köməyindən də istifadə edə bilərlər: “Bu, krallıq üçün vacibdir”.

A.Vitfeld Riqada keçiril­miş NATO sammiti zama­nı jurnalistlərin suallarını cavablandırarkən də demişdi ki, bu məsələni ABŞ və Böyük Britaniya ilə müzakirə etmək niyyətindədir: “On­lar özləri qərar qəbul edə bilərlər. Ancaq biz, öz növbəmizdə, Norveçin ma­raqlarını qorumalıyıq”.

Bununla yanaşı, XİN başçısı deyib ki, hazırda Norveç-Rusiya sərhədində ABŞ-ın hərbi mövcudlu­ğu “müharibədən sonrakı dövrlər”də olduğundan artıq deyil.

Qeyd edək ki, bir qədər əvvəl, noyabrın 12-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Norveçə məxsus “Tur Heyer­dal” hərbi gəmisinin Şpin­bergen qütb arxipelağındakı Lonqierbüen limanına daxil olmasından ciddi narahat olduğunu və bunu gizli militarlaşma hesab etdiyini bildirmişdi.

Noyabrın 2-də isə Nor­veçin Baş naziri Yonas Qar Stere bəyan etmişdi ki, Rusiya ilə mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın qorunub saxlanması başçılıq etdiyi hökumətin prioritet siyasətidir. Onun sözlərinə görə, Rusiya və Norveç Arktika ilə sərhəd ölkələr kimi ümumi cavabdeh­lik daşıyırlar.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

4 Dekabr 2021 05:06 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Yanvar 2022 | 01:09
Referendumun vaxtı açıqlanıb
20 Yanvar 2022 | 00:10
Prezident koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə