Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Aİ Çinlə diplomatik təmasların vacibliyini bildirib

Cümə axşamı Çinlə bağlı Vaşinqtonda keçirilən ABŞ–Aİ yüksək səviyyəli danışıqlarından sonra verilən birgə bəyanatda bildirilir ki, ABŞ və Avropa İttifaqı konstruktiv əməkdaşlığın mümkün olduğu bütün hal­larda Çinlə diplomatik təmasların vacibliyini təsdiq ediblər.

Görüşdə Aİ-nin baş katibi Stefano Sannino və ABŞ dövlət katibinin müavini Vendi Şerman sədrlik edib. ABŞ və Aİ arasın­da bu səviyyədə ilk görüş may ayında Brüsseldə baş tutub.

Şerman və Sannino, maraqların üst-üstə düşdüyü və konstruktiv əməkdaşlığın mümkün olduğu məqamlarda Çinlə əməkdaşlıq etdiklərini, rəqabətə və sistemli rəqabətə məsuliyyətlə yanaşdıqlarını vurğulayıblar.

Tərəflər həmçinin ABŞ və Aİ nümayəndələrinin yüksək rütbəli Çin rəsmiləri ilə son görüşlərini, o cümlədən, İra­nın nüvə proqramını, Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. İqlim böhranı və sağlamlıq kimi əsas trans­milli məsələlərdə rəsmi Pekin ilə nəticəyönümlü əlaqələrin davam etdiriləcəyi bildirilib.

“Xalq qəzeti”

4 Dekabr 2021 04:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə