Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Britaniya baş nazirinin La-Manşda birgə patrul təklifini qəbul etməyib

 

Fransanın baş naziri Jan Kasteks britaniyalı həmkarı Boris Consonun qeyri-qanuni miqrasiya ilə mübarizə üçün La-Manş boğazında Britaniya-Fransa birgə patrulunun yaradılması ideyasını qəbul etməyib.

Fransanın baş naziri Jan Kasteksin Boris Consona ünvanladığı məktubda bildirilir ki, biz sahillərimizdə Britaniya polisinin və ya hərbi patrul xidmətinin olmasını qəbul edə bilmərik. Bu, bizim suverenliyimizlə bağlı olan məsələdir.

Bununla belə Fransa bu istiqamətdə Böyük Britaniya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Boris Conson Britaniya sahillərinə çatmağa cəhd edərkən 27 miqrantın həyatını itirməsindən sonra Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məktubda birgə sahil patrulu həyata keçirməyi təklif etmişdi.

“Xalq qəzeti”

4 Dekabr 2021 04:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 Yanvar 2022 | 08:39
Kuryerləri dronlar əvəzləyir
23 Yanvar 2022 | 08:08
Son 60 ilin ən isti yayı

Köhnə versiyamızdan xəbərləri izlə