Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir

 

 OPEC+ ölkələrinin 23-cü nazirlər iclasında neft hasilatının yanvar ayından etibarən sutkada 400 min barrel artırilması barədə qərar qəbul edilib.

Böyük Britaniyanın “Capital Economics” konsaltinq şirkətinin hesabatında deyilir ki, “OPEC+”un neft hasilatını ar­tırmaq qərarı xammalın qiymətinin azalması riskini yüksəldir: “Bu xəbər koronavirusun “omicron” ştammının xamma­la tələblə bağlı qeyri-müəyyənliyi artırması fonunda neft qiymətlərinə onsuz da yüksək olan təzyiqi daha da gücləndirir.

Biz hesab edirik ki, ABŞ-ın neft ehtiyatlarını satışa çı­xarması barədə qərarı “OPEC+”un hasilatı artırmaqla bağlı planlarını işə salmaqda əsas səbəblərdən biri oldu. OPEC+ iri neft istehlakçıları tərəfindən növbəti addımları tətikləmək istəmədiyi üçün bu addımı ata bilər. Amma etiraf etmək la­zımdır ki, yeni ştamm barədə xəbərlərin yayılmasından sonra qiymətlərin kəskin azalmasını nəzərə alsaq, “OPEC+”un bu qərarı bir qədər gözlənilməzdir”.

“Xalq qəzeti”

4 Dekabr 2021 04:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Yanvar 2022 | 09:27
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:00
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə