Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiya ilə yanaşı, müavinətlər də artacaq

Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabi­litasiya Mərkəzinin açılışı tədbiri zamanı KİV nümayəndələrinə müsahibəsində bildirib.

O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82 faiz, orta pensiya artımı 60 faiz olub. Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensi­ya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq.

Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirib ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensi­yaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.

Qeyd edib ki, pensiya islahat­larında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorun­ması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək.

AZƏRTAC

4 Dekabr 2021 04:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə