Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlimlərə ərizə qəbul olunur

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlimlərə ərizə qəbulu davam edir.

 

Agentlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, əsasən praktiki biliklərin verilməsinə yönələn təlim çərçivəsində iştirakçılar 2 ay yarım ərzində “SQL” dilində (Structured Query Language – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dili) proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcəklər. Həmçinin layihələrlə işləyərək müxtəlif bizneslər üçün data baza həlləri tapacaq və onları tətbiq edəcəklər.

 

Təlimə orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, ingilis və ya rus dilini ən azı texniki tapşırıqları həll etmək səviyyəsində bilən, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər. Təlimdə iştirak üçün elektron ərizə qəbulu dekabrın 15-dək aparılacaq.

3 Dekabr 2021 17:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə