Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX rəhbərliyi helikopter qəzasında həlak olmuş zabitin məzarını ziyarət edib

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət ediblər.

Bu barədə "Xalq qəzeti"nə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilib, məzarına gül dəstələri qoyulub.

Sonra hərbi qulluqçunun ailəsinə baş çəkilib və baş sağ­lığı verilib.

3 Dekabr 2021 15:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə