Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirkətə məxsus anbardan yük avtomobillərinə aid təkər və çadırlar oğurlayan şəxslər yaxalanıblar

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 2-də saat 4 radələrində Horadiz şəhəri ərazisindəki stasionar postda Kürdmahmudlu kənd sakini A.Mehdiyevin idarə etdiyi “Qazel” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, avtomobilin yük yerinə baxış zamanı oradan yük avtomobillərinə aid 13 ədəd təzə təkər və 2 çadır aşkarlanıb.

Araşdırmalarla A.Mehdiyevin şirkətlərin birində sürücü işləməsi, habelə həmin əşyaları iş yoldaşı İ.Şəmili ilə birgə şirkətə məxsus anbardan oğurlamaları müəyyənləşdirilib.

İ.Şəmili də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

3 Dekabr 2021 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə