Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazir: İqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindəndir

Koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib.

 "Xalq qəzeti" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında bildirib.

Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Baş nazir Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğulayıb, Laçın və Zəngilanda da hava limanlarının da inşasına başlanıldığını diqqətə çatdırıb.

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümıüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğulayıb.

3 Dekabr 2021 12:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə