Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini üçüncü oxunuşda qəbul edib.

 "Xalq qəzeti" xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiqlənir.

Fondun əsas gəlirləri məcburi dövlət sosial sığorta haqları (4 148 202 903,0 manat ) və qeyri-büdcə sektoru üzrə (2 438 772 700,0 manat) hesabına əldə olunur.

Əhaliyə ödənişlər üzrə xərclər 5 133 000 000,0 manat təşkil edir. Bu məbləğin 4 951 000 000,0 manatı əmək pensiyalarının ödənilməsi xərclənir.

3 Dekabr 2021 12:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə