Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX rəisi helikopterin qəzaya uğraması nəticəsində yaralanan hərbçilərə baş çəkib

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin hərbi hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

DSX-nin mətbuat mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, onların səhhətləri ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişi Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub. Onların sağlamlıqlarının bərpası və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

3 Dekabr 2021 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə