Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərişıq": Bu il talama hallarına yol verən 1 254 abonent aşkarlanıb - VİDEO

"Azərişıq" ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir. Bu vəzifənin növbəti icrası zamanı təəssüf ki, bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub.

 Bu barədə "Azərişıq" ASC-nin açıqlamasında deyilir.

Qeyd olunur ki, ümumilikdə, bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1 254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVt-saatdan çox olub.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə "Azərişıq" ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar.

"Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq", - açıqlamada deyilir.

3 Dekabr 2021 10:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
24 Yanvar 2022 | 09:53
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:27
AMB-nin valyuta məzənnələri
21 Yanvar 2022 | 09:00
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə