Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov Niderlandın XİN başçısına bölgədəki vəziyyət barədə məlumat verib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Ben Knapen ilə görüşüb.

 "Xalq qəzeti" Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib; üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamanın əhəmiyyətini vurğulayıb.

Nazir, Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.

Nazir beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

3 Dekabr 2021 10:15 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə