Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatik xidmətə qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən "Xalq qəzeti"nə verilən xəbərə görə, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı gələn il yanvarın 23-də keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

3 Dekabr 2021 10:04 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə