Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov İslandiya xarici işlər naziri ilə görüşüb

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İslandiya bu sahədə geniş təcrübəyə malik olduğunu qeyd edərək, İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib.

Görüş çərçivəsində tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

3 Dekabr 2021 09:24 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə