Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Yunanıstan XİN başçıları enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında görüş olub.

Bu barədə Yunanıstanın xarici işlər naziri "Twitter" hesabında bildirib.

Nazirlər arasında görüş ATƏT XİN Şurasının Stokholmda keçirilən iclası çərçivəsində baş tutub.

Bildirilib ki, görüşdə Azərbaycan və Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə konstruktiv danışıqlar olub.

"Qafqaz regionunda baş verən son hadisələr də görüşdə müzakirə edilib", nazir vurğulayıb.

Qeyd edək ki, bu, Yunanıstan XİN başçısı Nikos Dendias və Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasında ilk görüşdür.

"Xalq qəzeti"

3 Dekabr 2021 09:00 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə