Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhvənin qiyməti artıb

 

Dünya bazarın­da qəhvənin qiyməti son 10 ilin ən yüksək səviyyəsinə qalxıb. Bil­dirilir ki, buna dünyanın aparıcı qəhvə isteh­salçısı olan ölkələrdə yaranmış qeyri-sabit vəziyyət səbəb olub. Belə ki, hərraclarda qəhvənin dekabr fyüçersləri artıq 2,34 ABŞ dolları təşkil edib.

Bildirilir ki, dünyada ən çox qəhvə istehsal olunan Efiopiyada sonzamanlar hökm sürən vətəndaş müharibəsi vəziyyəti bir qədər çətinləşdirib. Bundan başqa, dünyanın ikinci ən iri qəhvə istehsal edən ölkəsi Braziliyada 2021-ci ildə qeydə alınmış anomal şaxtalar və quraqlıq tarlalar­dakı məhsulu məhv edib. Yeri gəlmişkən, analoji vəziyyət Vyetnamda da hökm sürüb ki, bu da qəhvənin qiymətinin 2022-2023-cü illərdə daha da bahalacağını deməyə əsas verir.

Xəbəri “Bloomberg” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

3 Dekabr 2021 07:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2022 | 09:58
Təbii fəlakət
27 Yanvar 2022 | 04:57
Miqrantlar xilas edilib
27 Yanvar 2022 | 04:57
Silah-sursat sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə