Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

II Yekaterinanın portreti və məktubu 1,26 milyon dollara satılıb

 

 

Londonun “MacDougall”s” hərracında Rusiya imperatriçası II Yekaterinanın portreti və məktubu 951 min funt-sterlinqə (1,26 milyon dollar) satılıb.

Məktub 1787-ci il aprelin 20-də qraf Pyotr Rumyantsevə yazılıb. II Yekaterina məktubunda yazıb ki, qripə qarşı peyvənd etdirmək lazımdır. Həm də bu peyvəndi təcrübəli həkimlər etməlidirlər. II Yekaterina 1768-ci ildə peyvənd etdirib. İmperatiriça həm də oğlu şahzadə Pavel Petroviçi də peyvənd etdirib.

TASS-ın məlumatına görə, hərrac iştirakçıları II Yekateri­nanın o vaxtkı məktubunu indi də aktual sayıblar. İndi bütün dünya COVID–19 virusuna qarşı peyvənd etdirir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

3 Dekabr 2021 07:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2022 | 09:58
Təbii fəlakət
27 Yanvar 2022 | 04:57
Miqrantlar xilas edilib
27 Yanvar 2022 | 04:57
Silah-sursat sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə