Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pedri növbəti mükafata layiq görülüb

 

“Eurosportun” məlumatına görə, İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Pedri növbəti mükafata layiq görülüb.

Qeyd olunur ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunun adını açıqlayıb. IFFHS bu ada La Liqa təmsilçisinin gənc yarımmüdafiəçisi Pedrini layiq görüb.

Məlumat üçün deyək ki, 19 yaşlı ispaniyalı yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini üstələyib.

Yeri gəlmişkən, bu nominasiyada Almaniyanın “Bayern” klubunun futbolçusu Camal Musiala 45 xalla ikinci, Erik Qarsiya (“Barselona”) isə 20 xalla üçüncü olub.

Qeyd edək ki, Pedri bundan əvvəl – 2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “Qızıl oğlan” (“Golden boy”) mükafatının və “France Football” nəşrinin versiyasına əsasən, ilin ən yaxşı gənc futbolçusu nominasiyalarının qalibi olub.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

3 Dekabr 2021 07:25 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Yanvar 2022 | 09:58
Təbii fəlakət
27 Yanvar 2022 | 04:57
Miqrantlar xilas edilib
27 Yanvar 2022 | 04:57
Silah-sursat sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə